Azərbaycanda ən çox aşkarlanan 3 XƏSTƏLİK

  • 2017.06.04 11:07
  • 8905 Baxış
Azərbaycanda ən çox aşkarlanan  3 XƏSTƏLİK
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə əhalinin tibbi profilaktik müayinəsi başa çatdırılıb.

 

Bu barədə "BakuTibb"ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Qeyd edilib ki, əhalinin tibbi profilaktik müayinəsi 2017-ci ilin fevral ayının 15-də başlayıb və may ayının 15-də bitib. Hesabat dövründə 5499863 nəfər müayinə edilib, onlardan 2640119 nəfər kişi və 2859744 nəfər qadın əhalisinə aiddir. Bakı şəhəri üzrə 1308329 nəfər tibbi profilaktik müayinələrdən keçib.

 

Respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfər əlavə müayinələrə cəlb olunub, 68427 nəfər dispanser nəzarətə alınıb, 27059 nəfər hospitalizasiya olunub.


Müayinəlar zamanı aşkar olunan ilkin xəstəliklər arasında üstünlüyü qan dövranı sistemi xəs xəstəlikləri (17,2%), tənəffüs sistemi xəstəlikləri (16,8%), həzm sistemi xəstəlikləri (11,7%) təşkil edib.
Azərbaycanda ən çox aşkarlanan  3 XƏSTƏLİK