Azərbaycanda qadınlar, yoxsa kişilər daha çox yaşayır? - STATİSTİKA

  • 04 Oktyabr, 2019
  • 2131 Baxış
Azərbaycanda qadınlar, yoxsa kişilər daha çox yaşayır? - STATİSTİKA
"Ötən il ərzində Azərbaycanda ümumi əhali arasında gözlənilən ömür uzunluğu göstəricisinin 75,8 il olduğu müəyyən olunub”.

Medicina.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

"Bu göstərici kişi və qadınlarda müxtəlifdir. Belə ki, kişilər 73,3 il qadınlar isə 78,2 il ömür sürürlər”.

Qeyd edək ki, ən çox yaşayan insanlara sahib olan 20 ölkədən 14-ü Avropadadır. Asiya qitəsi həmin siyahıda birincidir. Belə ki, burada yaşayan insanlar ortalama 84 il ömür sürürlər. Yaşam müddətinin ən az olduğu ölkə isə Afrikadır. Burada bir insanın ortalama ömrü 50 ildir. Eyni zamanda, Əfqanıstanda da insanlar digər ölkələrə nisbətən çox az, 58 il yaşayırlar.