Bakıda 10 günlük körpə xəstəxanada öldü - Video

  • 21 Oktyabr, 2019
  • 1070 Baxış
Bakıda 10 günlük körpə xəstəxanada öldü - Video
Bu gün Bakı şəhəri, Qaradağ  rayonunda 10 günlük körpə sudurğadan dünyasını dəyişib.   

Medicina.az unikal.org-a istinadən xəbər verir ki, valideynləri uşağı Sahil qəsəbəsində  yerləşən 23 saylı birləşmiş şəhər xəstəxanasına çatdırıblar. Uşağın dilini heç kim tuta bilmədiyi üçün polikinikaya təcili yardım briqadası çağrılıb. Bütün müdaxiləyə baxmayaraq uşağın həyatını xilas etmək mümkün olmayıb.

23 saylı birləşmiş şəhər xəstəxanasından Unikal.org-a xəbəri təsdiqləyiblər. Bildirilib ki, uşağın ailəsi İmişli rayonundan qayıdanda bu hadisə baş verib.