Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTOLAR

  • 21 Aprel, 2019
  • 3225 Baxış
Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTOLAR

Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
 
Hadisə paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
 
İt uşağın yanaq nahiyəsini  parçalayıb. İt quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.

Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1  saylı Klinik xəstəxanaya aparılıb.

H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib.

 
(unikal.org)