"Bakıda küçəyə atılmış uşağın vəziyyəti ağırdır" - NAZİRLİK

  • 2019.10.18 13:49
  • 3807 Baxış
 "Bakıda küçəyə atılmış uşağın vəziyyəti ağırdır" -  NAZİRLİK
Bakının Qardağ rayonu, Lökbatan qəsəbəsi ərazisində küçəyə atılmış birgünlük oğlan uşağı hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib.




 
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, uşağın vəziyyəti ağır olub. Onun qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib.



Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.