Bakıda Uşaq Xəstəxanasının həyətində BIÇAQLANMA

  • 04 Oktyabr, 2019
  • 1167 Baxış
Bakıda Uşaq Xəstəxanasının həyətində BIÇAQLANMA
Qaradağda xəstəxananın həyətində 18 yaşlı gənc bıçaqlanıb.

Medicina.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və ertəsi günü isə İ.Şərbətəli şübhəli şəxs qismində saxlanılıb.

Daha sonra CM-nin 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağıra zərər vurma) maddəsinə tövsif edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.