Bakıya gələn təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var

  • 2019.05.13 14:09
  • 5796 Baxış
Bakıya gələn təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. 
Bakıya gələn təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var