Baş ağrısını kəsən 5 məşq üsulu - FOTOİZAH

  • 2019.04.18 14:04
  • 13190 Baxış
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH

Tez-tez ortaya çıxan baş ağrıları gündəlik həyat tərzinizdə səməriliyi aşağı salır. Baş ağrısı, ürək bulanma, ürək çatışmazlığı və görmə probleminiz varsa, mütləq əzələlərinizi mütəmadi hərəkət etdirməlisiniz.

 

Medicina.az bunun üçün 5 məşq qaydasını təqdim edir.


 Dik durub önə əyilmə hərəkəti

 



- Nəfəs alın və omba qismindən aşağı əyilin.


- Dizlərinizi bükmədən düz formada əyilə bildiyiniz qədər əyilin.


- Ayaqlarınızı tutaraq özünüzü biraz da çəkin. Bədəninizə dəstək verin.


- Düzgün nəfəs alıb-verməyə davam edin. Hər nəfəs verdikdə biraz daha əyilin.


- Bu duruş formasında 30 saniyə və yaxud 1 dəqiqə dayanın. Mövcud vəziyyətdən çıxanda nəfəs verin, belinizi düzəldin, dik şəkildə dayanın.


Bardaş qurmaq forması

 



Qamətinizi düz tutaraq  əllərinizi dizlərinizə qoyun. Qasıqaltı əzələlərinizi açmağa çalışın. Əllərinizi dizlərinizdə sərbəst saxlayın. 20-30 saniyə bu formada dayanın. Belə formada dayanmaq bədəndə qanın hərəkətini stimullaşdırır. Daxili orqanlarda detoks rolu oynayır.


Ayaqlarınızı divara uzatma pozası

 



- Ayaqlarınızı dik və paralel şəkildə tutun


- Qollarınızı və ovuclarınızın yana doğru uzadın


- Dərin nəfəs alıb, bu şəkildə dayanın.


- özünüzü rahat hiss etmirsinizsə, belinizin altına yastıq qoyun.


- 30-40 saniyə bu pozada dayanın.


- Bu, zehni qabiliyyətinizi artıracaq, əsəblərinizi sakitləşdirməyə kömək edəcək.

 



Körpü idman hərəkəti onurğa, boyun və çiyinlərə gərginlik verir və bu bölgələrdəki sərt əzələləri rahatladır. 


Körpü duruşu üçün arxası üstə uzanın. Şəkildəki kimi dabanlarınızı yerə basın, dizlərinizi bükün. Ayaqlarınızı ombanız bərabərində tutun, əlləriniz və qollarınız yanlarınıza düz formada saxlayın. 


Belinizi yavaş-yavaş aşağı yuxarı endirib qaldırın.

 


 

Bu hərəkət onurğa, boyun və çiyinlərdə gərginlik yaradır. Nəticədə həmin nahiyələrdəki əzələlər boşalır. 

                

Ayaqlarınızı birləşdirin, ombanızı yuxarı qaldırın.

 


 

Başınızı aşağı əyin qollarınızı qabağa uzadıb, düz saxlayın. Bu mövqedə ən azı üç dəfə dərindən nəfəs alın. Bu vəziyyət, arxanızda və çiyinlərinizdə gərginliyi azaldır, beyninizə qan axını yaxşılaşdırır.

 

Ayna

Medicina.az
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH
Baş ağrısını kəsən 5 məşq üsulu -  FOTOİZAH