Baş nazirin müavini: "Yaxın vaxtlarda Azərbaycanda dərman istehsalı zavodları istismara veriləcək"

  • 2019.05.15 14:31
  • 5308 Baxış
Baş nazirin müavini: "Yaxın vaxtlarda Azərbaycanda dərman istehsalı zavodları istismara veriləcək"
"Yaxın vaxtlarda Azərbaycanda dərman istehsalı zavodları istismara veriləcək". Medicina.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, hazırda ölkədə istifadə olunan dərman preparatlarının əksəriyyəti xaricidən idxal olunur. "Azərbaycan bu sahədə də xaricdən asılılığın azaldılmasına çalışır. Azərbaycanda dərman istehsal edəcək əczaçılıq zavodları yaradılır. Güman edirəm ki, bu zavodlar yaxın vaxtlarda dərman istehsalına başlayacaq”, - deyə Ə. Əhmədov qeyd edib.