Beynəlxalq Ailə Gününə həsr edilmiş konfrans keçirilib

  • 2019.05.15 14:36
  • 6822 Baxış
Beynəlxalq Ailə Gününə həsr edilmiş konfrans keçirilib
15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfrans keçirilib. Medicina.az-ın məlumatına görə, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilib. Əsas məqsəd Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərin təbliği olub. Konfrans "Dövlət ailə siyasəti" adlı filmin nümayişi ilə başlayıb. Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev çıxış ediblər. Çıxışlardan sonra konfrans sual-cavab şəklində davam edib. Daha sonra "Əl işləri üzrə nümunəvi ailələr sərgisi"nin qalibləri mükafatlandırılıb.