Bu dərman min bir dərdin əlacıdır - Evdə hazırlayın

  • 25 Aprel, 2019
  • 28752 Baxış
Bu dərman min bir dərdin əlacıdır - Evdə hazırlayın

Bütün infeksiyaları və iltihabı müalicə edən təbii antibiotiklərin ‭qarışığından ibarət olan bu resepti ilk dəfə amerikalı alim Riçard Şuls hazırlayıb. 
Medicina.az bildirir ki, bu super-tonik çox effektli dərman hesab edilir. Bitkilərin və otların faydalı xüsusiyyətləri bu dərmanın tərkibində daha yaxşı halda saxlanılır. Buna baxmayaraq, bu dərman çox güclü təsirə malik olduğu üçün ondan ehtiyatla istifadə etmək lazımdır. 

Lazım olanlar: 

• Təbii alma şirəsi 

• Təzə acı istiot -  ‬100‭ qr‭

• Qırmızı soğan ‬-‭ ‬500‭ qr ‭

• ‬Sarımsaq ‬-‭ ‬500‭ qr 

• Xren ‬-‭  ‬500‭ qr 

• Zəncəfil kökü ‬-‭ ‬250‭ qr 

Hazırlanması

1. Bütün inqrediyentləri xırda-xırda doğrayın.  Hamısını böyük şüşə bankaya tökün və üzərinə 3 barmaq çıxana qədər alma sirkəsi əlavə edin. Bankanın ağzını bağlayın və möhkəm çalxalayın. 

2. Qarışımı 2-6 həftə müddətində  qaranlıq yerdə saxlayın. Toniki nə qədər uzun müddət saxlasanız, bir o qədər effektli olacaq. ‬Qarışımı vaxtaşırı olaraq çalxalamaq lazımdır. 

3. Hazır olduqdan sonra məhlulu tənzif vasitəsilə süzün. Bütün qarışığı süzgəcin üzərinə boşaldaraq yaxşıca sıxın ki, bütün şirə xaric olsun. ‬

4. Məhlulu şüşə butulkaya tökərək qaranlıq və sərin yerdə saxlayın. 

İstifadəsi: 

• Məhlulu iltihab, soyuqdəymə, infeksiya zamanı, həmçinin, immunitetin artırılması və həzmi yaxşılaşdırmaq məqsədilə istifadə etmək mümkündür. Hər gün istifadə edilər bilər. 1 ç/q məhlulu 100 ml suda həll edərək, gün ərzində bir dəfə qəbul edin.  ‬Qarışıma bal da əlavə edə bilərsiniz. 

• Qarışımı həmişə yavaş-yavaş içmək lazımdır. ‭ Qarışımı qəbul etdikdə gün boyunca çoxlu ‬su da içmək lazımdır. Bu qarışımdan  xəstəliklərin proflaktikasında da effektli hesab edilir. Bunun üçün 100 ml suya 1 ç/q məhlul əlavə edərək içmək lazımdır. Gün ərzində 5-6 dəfə içmək olar. ‬

• Bu möcüzəvi  vasitənin tərkibində heç bir toksin yoxdur

• ‬İmmun sistemini gücləndirir ‭

• Güclü mikrob əleyhinə xassəyə malikdir, insulin həssaslığını azaldır, xolesterinin miqdarını azaldır. 

• Həzm traktının işini normaya salır 

Əks göstərişlər:

Həzm sisteminin kəskin və xroniki xəstəlikləri, qəbizlik, mədə turşuluğunun çox olması və hamiləlik.