Bu ilin ilk iki ayında Azərbaycanda 516 əkiz, 15 üçəm doğulub

  • 2019.04.18 09:03
  • 6876 Baxış
Bu ilin ilk iki ayında Azərbaycanda 516 əkiz, 15 üçəm doğulub
 

Bu ilin ilk iki ayında Azərbaycanda 23 400 körpə doğulub.


Medicina.az bildirir ki, bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.


Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,7) qalıb. 


Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. 


Körpələrin 516-sı əkiz, 15-i isə üçəm doğulub.