Doğmaların ölümü immuniteti 40 gün zəiflədir – Alimlər

  • 2019.04.25 19:04
  • 9707 Baxış
Doğmaların ölümü immuniteti 40 gün zəiflədir –  Alimlər
Ailə üzvlərinin, ən doğma insanların itkisi, xüsusən qəfil ölümü insana nəinki psixoloji, həmçinin immunitet səviyyəsində mənfi təsir edir.


Medicina.az xəbər verir ki, alimlər həyat yoldaşını itirən qadının və ya kişinin qısa müddət sonra vəfat etməsini təkcə psixiloji travma ilə bağlamır. Burda itki stresinin immunitetə də təsiri var.


Uzun müddət alimlər bu istiqamətdə araşdırmalar aparıblar. 


Arizona universitetinin mütəxəssisləri 1977-ci ildən bu vaxta kimi 33 tədqiqatın nəticələrini incələyiblər. 

Onlardan 13-ü bu suala cavab verib.


Məlum olub ki, sevimli insanı itirən şəxslərin yas tutduğu müddətdə orqanizmində intihabi proseslər aktivləşir, immun hüceyrələrin aktivliyi azalır. 

Bu dövrdə ürək-damar, diabet, insult riski dəfələrlə artır. 


Depressiv müddət nə qədər uzun çəkirsə, immunitet bir o qədər gec bərpa olur. 


1994-cü ildə aparılan araşdırma isə göstərib ki, doğmalarının itkisi ilə 40 gün müddətində barışan və depressiyası bu müddətdən uzun çəkməyən insanlarda immun sistemdə heç bir dəyişiklik olmayıb.


Bu nəticələr sübut edir ki, insan itki ilə nə qədər tez barışarsa, depressiyadan çıxmaq üçün ətrafdan, həkimlərdən nə qədər tez dəstək alarsa, bu onun sağlamlığı və həyatı üçün bir o qədər yaxşıdır.