Doğuşun başlamasını necə bilmək olar?

  • 2019.04.23 09:08
  • 17850 Baxış
Doğuşun başlamasını necə bilmək olar?

Gələcək anaların maraqla gözlədikləri və narahat olduqları məsələlərdən biri də, doğumun başlamasının əlamətləridir. Bu əlamətlər qadından-qadına fərqli olsa da, doğuşun başladığını bildirəm müəyyən ortaq əalmətlər var. Bəs doğumun başlamasını göstərən əsas əlamətlər nələrdir? 


Medicina.az sizə həmin əlamətləri təqdim edir: 


Sidiyə çıxmanın azalması 


Hamiləlik zamanı qadınlar tez-tez sidiyə çıxmağa başlayırlar. Bunun səbəbi isə uşağın başının doğum kanalına yaxın yerləşməsidir. Bu səbəbdən uşaqlıq sidik kisəsini basır. Doğuşa yaxın isə uşaqlıq aşağıya doğru enir. Beləliklə də, sidik kisəsinə düşən təzyiq azaldığı üçün sidiyə çıxma sayı da azalır. 


Şiddətli ağrılar


Hamiləliyin son aylarında ağrılar şiddətlənir. Bu ağrılar, əsasən də qasıq  və qarın bölgəsinin altında meydana gəlir. Yalancı sancı olaraq bilərək bu ağrılar düzənsizdir. Doğuşun yaxınlaşması ilə beldə və qarında hiss edilən ağrılar çox şiddətli olur.

Yalançı ağrılar dincələn zaman keçsə də həqiqi ağrılarda bu olmur. Əgər ağrılar, beş dəqiqədən bir hiss edilərsə o zaman mütləq həkimə gedin. 


Uşaqlıq ağzının genişləməsi


Uşaqlıq ağzında olan genişlənmələr əsasən həkim tərəfindən müəyyən edilməlidir. 


Qanaxma 


Hamiləlik boyunca uşaqlıq ağzında həm ananı həm də uşağı infeksiyalardan qoruyan maddə ilə qapalıdır. Amma doğum sancılarının artması və uşaqlıq ağzının genişlənməsi ilə bu maddə xaric olur. Nəticədə qanlı və ya qəhvəyi rəngli axıntı müşahidə edilir. 


Suyun gəlməsi


Suyun gəlməsi, tez-tez müşahidə edilən doğum əlamətlərindəndir. Uşağın içində olduğu amnion mayesi ilə dolu kisənin sancı və qısılmalar nəticəsində yırtılması nəticəsində meydana çıxır. Bu kisə, azacıq yırtıldıqda belə hamilə qadın bunu sidik qaçırması kimi düşünə və fərqində olmaya bilər. 


Yalançı doğum sancısı nədir? 


Yalançı doğum sancıları, hamiləliyin 5-ci ayından başlayaraq doğumun gerçəkləşəcəyi 40-cı həftəyə qədər davam edə bilər. Bəzi hamilə qadınlar isə bu yalancı doğum sancılarını həqiqi doğum sancıları ilə səhv salırlar. 

Doğuşun başlamasını necə bilmək olar?