Duz və şəkərdən çox istifadə bir sıra xəstəliklərə səbəb olur

  • 2019.10.30 09:00
  • 3400 Baxış
Duz və şəkərdən çox istifadə bir sıra xəstəliklərə səbəb olur

Gündəlik həyatda qədərində istifadə edilən duz və şəkər orqanizm üçün
vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət
qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.


 


Medicina.Az bildirir ki, рəkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, qidalanma zamanı qəbul edilən ərzaqların
əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörək və
salatlara duz əlavə etmək sağlamlıq üçün problemlər yaradır: "Duzun çox
qəbul edilməsi bir sıra xəstəliklərin yaranmasına rəvac verir. Bu zaman
qan təzyiqi yüksəlir, mədə qıcıqlanır. Duzlu qidaların həddindən çox
qəbul edilməsi isə artrit, revmatizm, dermatit, ekzema kimi
xəstəliklərin yaranmasına aparıb çıxarır".


 


 


 


Onun dediyinə görə, uzun müddət şəkərdən istifadə etmək nevroloji
problemlərə səbəb olur, onun qavrama qabiliyyəti və yaddaşı zəiflətdiyi
mütəxəssislər tərəfindən təsdiq olunub: "Son illər piylənmənin iki dəfə
artmasının bir səbəbi də "ağ ölüm" adlandırılan şəkər və duzun normadan
artıq qəbul edilməsidir. Şəkər tərkibli qidalar qanda şəkəri artıraraq
şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb olur. Əksər insanların
sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə
istifadə edildikdə tam həzm olmur, qaraciyərin piylənməsinə və dişlərin
çürüməsinə aparıb çıxarır".