Gəncədə uşaq yuyucu vasitədən zəhərlənib

  • 19 Oktyabr, 2019
  • 2263 Baxış
Gəncədə uşaq yuyucu vasitədən zəhərlənib
Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.

Medicina.az trend-ə istinadən məlumat verir ki, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan "ACE" adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.

Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.