Geomaqnit qasırğası G2 səviyyəsinə çatdı - XƏBƏRDARLIQ

  • 2017.09.28 10:27
  • 13442 Baxış
Geomaqnit qasırğası G2 səviyyəsinə çatdı -  XƏBƏRDARLIQ
Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib.

 

 

Medicina.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev Lent.az-a bildirib ki, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək. 

 


Kosmik hava şıltaqlıqlarının (geomaqnit qasırğası) meteoroloji şəraitin kəskin dəyişmələri (temperatur, təzyiq dəyişmələri, külək və s.) ilə tandemi insanlar üçün neqativ effektləri daha da artırır.