Həkimlər bildirir: Qaraciyərinizi bu meyvə ilə formada saxlayın

  • 25 Aprel, 2019
  • 10594 Baxış
Həkimlər bildirir: Qaraciyərinizi bu meyvə ilə formada saxlayın

Əriyin tərkibində pektin maddəsi var ki, bu maddə qaraciyərdən zərərli maddələri çıxarır. Pektin maddəsi polisaxaridlər qrupuna aiddir. Onlar demək olar ki, insanın həzm sistemi tərəfindən sovrulmur və sorbent rolunu oynayır. 

Medicina.az bildirir ki, buna görə də ərik meyvəsi faydalı hesab olunur, amma onlardan həddən çox istifadə etmək məsləhət deyil. Əsasən də bu hepatitdən əziyyət çəkən insanlara aid edilir. Bu cür xəstələr gündə ən çox 1 ədəd ərik yeyə bilərlər. Əriyin tərkibində olan beta-karotin qaraciyərdə parçalanır. Qaraciyər problemi olan insanlar üçün əlavə yükdür. 

Zərərli qidaları bu meyvə ilə əvəzləyərək sağlamlığı gücləndirə və çəkinin azalmasına nail olmaq mümkündür. 100 qr əriyin tərkibində 40 kkal, 100 ar şokoladın tərkibində isə 600 kkal var.