İnsanın daxilini göstərən kamera yaradılıb

  • 2017.09.06 13:21
  • 12472 Baxış
İnsanın daxilini göstərən kamera yaradılıb
Alimlər insan bədəninin içini göstərən yeni kamera kəşf edib.


Bu kamera həkimlərin daxili orqanları müayinə etmək üçün istifadə etdikləri endoskopiya kimi cihazların bədən içində hərəkətini təqib etmələrinə kömək olacaq.


Bu gün tibb dünyasında daha çox böyük xərc tələb edən rentgen kimi cihazlardan istifadə edilir. Edinburq Universitetinin alimi Kev Dhalival yeni texnogiyanın çox fərqli üsullarla istifadə edilməsinin mümkünlüyündən danışıb.


Aparılan ilk sınaqlar nəticəsində prototip cihazın normal şəraitdə dərinin 20 sm altına qədər işıq qaynaqlarını qeydə ala bildiyi vurğulanır.