Mehriban Xanlarova xəstəxanaya yerləşdirildi - Ağır qəza

  • 2019.04.27 10:57
  • 10673 Baxış
Mehriban Xanlarova xəstəxanaya yerləşdirildi  - Ağır qəza
Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.


Hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.


Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.


Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.


Yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər - aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.


Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

 

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.