Məşhur müğənninin əməliyyatdan sonra ilk görüntüsü paylaşılıb

  • 19 Aprel, 2019
  • 3536 Baxış
Məşhur müğənninin əməliyyatdan sonra ilk görüntüsü paylaşılıb

Bir neçə gün əvvəl sinəsində olan ağrılar səbəbindən xəstəxanaya yatırılan məşhur türk müğənnisi Orxan Gəncəbayın ürəyinə 3 ədəd stend yerləşdirilib.
 
Medicina.az-ın xəbərinə görə, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu və o yaxın zamanda evə buraxılacağını bildiriblər.  

"Çox şükürlər olsun ki, Orxanın vəziyyəti indi yaxşıdır. Sağlamlığı üçün çox böyük bir təhlükə yaşadı. Amma həkimlərin sayəsində bu təhlükəni atlatdı” –deyə həyat yoldaşı Sevim Emrə bildirib.