Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd etdi

  • 2019.09.25 09:30
  • 4055 Baxış
Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd etdi
Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd edib.


Medicina.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Nufoyev İqor Yuryeviç boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal reanimasiyaya yerləşdirilib. Ona boğazın hər iki nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.


Hadisənin dəqiq hansı səbəbdən baş veməsi bəlli deyil. Bildirilir ki, İqor Nufoyev uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.


Faktla bağlı araşdırma aparılır.