Nikotin asılılığından bu ətirlərlə azad olun – MARAQLI ARAŞDIRMA

  • 2019.04.24 12:44
  • 9181 Baxış
Nikotin asılılığından bu ətirlərlə azad olun –  MARAQLI ARAŞDIRMA

İnsan siqaret çəkərkən nikotin bədəndə kotininə çevrilir. Nikotinin metaboliti olan kotinin, hətta passiv siqaret çəkən insanların bədənində də var. Bu maddəyə əsasən sidikdə, ağız suyunda və qanda rast gəlinir. Kotinin maddəsi orqanizmdə nikotindən daha çox təxminən 2-15 saat qalır.

 

Medicina.az bildirir ki, Amerika psixologiya akademiyası siqaretdən imtina etməyin müxtəlif yollarını araşdırıb. Müəyyən olub ki, xoş ətirləri iyləmək siqaret çəkmək arzusunu azaldır. Alimlər bu qənaətə 18-55 yaşlı siqaret çəkən insanlar arasında apardıqları eksperiment nəticəsində gəliblər. 


Araşdırmaya qədər könüllülər siqaretdən imtina etmək üçün nikotin tərkibli saqqızdan və elektron siqaretdən istifadə etməyiblər. Əvəzində eksperimentin başlamasından 8 saat əvvəl onlardan siqaretdən imtina etmək tələb olunub.

 

Daha sonra laboratoriyada siqaret çəkən insanlara müxtəlif xoş ətirləri (şokolad, alma, nanə, limon, vanil) və xoş olmayan hər hansı kimyəvi maddə, daha sonra isə tütün iyləmək təklif edilib. Bundan sonra hər kəs siqareti əlində saxlayaraq, onu çəkməkdən imtina edib. Nəticədə müəyyən edilib ki, xoş ətirlərdən sonra siqaret çəkmək arzusu azalır.