Oqtay Gülalıyev Türkiyəyə aparılır - SON DURUMU

  • 2019.11.05 17:51
  • 3617 Baxış
Oqtay Gülalıyev Türkiyəyə aparılır -  SON DURUMU

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Türkiyəyə aparılacaq.


 


 


Medicina.az xəbər verir ki , bu barədə hüquq müdafiəçisi Oqtay
Gülalıyevin oğlu Tural Gülalıyev məlumat verib. O bildirib ki, həkimlər O.Gülalıyevin Türkiyəyə aparılmasında heç bir
təhlükə olmadığını bildiriblər:


 


"Ailəsi olaraq onun aparılması üçün
razılıq verdik. Hazırda atamın Türkiyəyə aparılması üçün hazırlıq işləri
görülür”.


 


 


Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi
rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində
taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi
"Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq
müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan
hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City
Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.