Orqanizm nə üçün şəkər tələb edir?

  • 11 Fevral, 2019
  • 5145 Baxış
Orqanizm nə üçün şəkər tələb edir?

Yəqin ki,  şirniyyatdan imtina etməyin necə çətin olduğunu çoxları bilir. Bəs nə üçün orqanizm daimi olaraq şəkər tələb edir?
 
Medicina.az bildirir ki, alimlərin fikrincə şəkərə olan tələbat instinklə idarə olunur. 

Onların sözlərinə görə, insanın dad reseptorları təkamül prosesində o qədər inkişaf edib ki, bu hüceyrələrin həyat boyunca duz, yağ və şəkər kimi qidalara tələbatı artıb. 
 
Şəkər bizə lazımdırmı? 

İnsan şəkər yediyi zaman qlükoza bağırsaq tərəfindən qana sovrularaq tez bir zamanda hüceyrələrə yayılır. Qlükoza beyində yerləşən 100 milyard sinir hüceyrəsinin işləməsi üçün vacibdir.
 
Bu hüceyrələr özləri qlükozanı toplamaq qabiliyyətinə malik olmadıqları üçün davamlı olaraq ona ehtiyac duyurlar. Diabet xəstələri qanda şəkərin miqdarının kəskin aşağı düşməsi zamanı komaya girə biləcəklərini yaxşı bilirlər. 
 
Şəkərin dadı beynin işini aktivləşdirməyə qadirdir. Araşdırmalar sübut edib ki, hətta insan ağız boşluğunu şəkərli su ilə yaxaladıqda belə insanlar məntiqi məsələləri daha yaxşı həll ediblər. 

İnsanları anadangəlmə olaraq şəkər  sevən doğulurlar. Buna görə də uşaqların demək olar ki, hamısı şirin qidaları sevirlər. 

Qida rasionunda şəkərə çox yer ayrılması sağlamlıq üçün heç də yaxşı deyil.
 
Şəkər "xöşbəxtlik hormonu” adlandırılan seratoninin sintezini həyata keçirdiyi üçün əhvalı yaxşılaşdıra bilər. 

Şəkər qəbul edən zaman qanda şəkər səviyyəsini normaya salmaq üçün insulinun səviyyəsi artır.  Bu vəziyyət isə "insulin asılılığı adlandırılan hala səbəb olur ki, nəticədə də insanda şirin qidalara meyllilik yaranır. 

İnsan orqanizmi süni şəkərlə meyvə, bal və digər ərzaqların tərkibindəki şəkəri ayırd edə bilmir. 

Mədədə bütün saxaridlər qlükozaya və saxarozaya parçalanaraq qaraciyərdə yenidən sintez olunurlar. Onlar ya qlikogenə ya da piyə çevrilərək  hüceyrələrdə toplanırlar. Buna görə də qəbul edilən şəkərin miqdarı çox böyük əhəmiyyət kəsb edir.
  
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən gündəlik istifadə edilən şəkər miqdarı kişilərdə 70 qr qadınlarda isə 50 qr müəyyən edilib. Amma bu miqdar orqanizmdən asılı olaraq dəyişə bilər. Bura çəki, yaş, aktivlik səviyyəsi və s. kimi amillər aid edilə bilər. 50 qr şəkər təxminən 13 çay qaşığı şəkər tozuna, 2 butulka qazlı şirin suya və ya 8 ədəd şokoladlı peçenyeyə bərabərdir. 

Arzu
Medicina.az