Qanı qatılaşdıran 5 içki – Ürəyi zəif olanlar ehtiyatlı olsun

  • 2019.08.24 20:09
  • 112470 Baxış
Qanı qatılaşdıran 5 içki –  Ürəyi zəif olanlar ehtiyatlı olsun
Qan bütün orqanizmi oksigenlə təmin edən və həyat mənbəyi olan ən vacib mayedir. Qanın keyfiyyəti, dövranı birbaşa insanın səhhətinə təsir edir. Həddən artıq qatı qan yorğunluq, əsəbilik, ürək xəstəlikləri, əqli zəiflik gətirir. Qatı qan tromb yaranması və damar tıxanmasını aktivləşdirir. Belə olan halda, qanı qatılaşdıran ərzaq və içkilərə əl gəzdirmək lazımdır. 


Medicina.az qanımızı qatılaşdıran və hər gün istifadə etdiyimiz 5 içkini təqdim edir.


1.Şirin qazlı içkilər


Fruktoza, saxaroza, aspartam qanı qatılaşdırır


2. Qəhvə 


Sidikqovucu olduğu üçün suyu orqanizmdən qovur  və qan qatılaşır


3.Tünd qara çay


Qanın tərkibinə müsbət təsir etmir, çay içənlər su qəbul etmir ki, bu da orqanizmdə maye qıtlığı yaradıb, qanın sürətini və miqdarını da azaldır


4.Alkoqol içkilər


Onlar da sidikqovucudur. Orqanizm aktiv şəkildə maye itirir. Beynin susuzlaşmasına səbəb olur. 


Müntəzəm olaraq spirtli içki içənlərdə mineral defisiti olur ki, bu zaman qan qatılaşır və ürək-damar sistemi oksigen almır


5.Bəzi bitkilərdən çaylar

Gicitkan, zveroboy, quşarmudu çayı, mors vitamin K ilə zəngin olduğundan qanı lap qatılaşdırır. Bu tromb əmələ gətirər. Ümumiyyətlə qanı qatı olanlar qan durulaşdırıcılar içməli və yemək, içməyini buna uyğun seçməlidir

Qanı qatılaşdıran 5 içki –  Ürəyi zəif olanlar ehtiyatlı olsun