Ürək qüsuru olan gənc əməliyyat olunub (FOTO)

  • 26 Aprel, 2019
  • 1831 Baxış
Ürək qüsuru olan gənc əməliyyat olunub (FOTO)
 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan gənc pasiyent uğurla əməliyyat olunub.

Klinikanın ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidovun sözlərinə görə, 1994-cü il təvəllüdlü xəstənin ürəyində qulaqcıqlararası çəpərin defekti və "parsial pulmonal venoz dönüş anomaliyası” diaqnozu qoyulub.

ATU həkimləri xəstənin əməliyyata alınmasına dair qərar veriblər. Əməliyyat zamanı məlum olub ki, pulmonal venalar yuxarı boş venaya tökülür. Əməliyyat mürəkkəb olduğundan, pulmonal venalar böyük yama ilə ürəyin sol tərəfinə yönləndirilib. Defekt bağlanılıb. Bundan sonra venakava superyor plastika edilib. Mirəli Məcidovun sözlərinə görə, bu ağır ürək əməliyyatı uğurla nəticələnib. Bir neçə gün sonra xəstə evə yazılacaq.