Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib - Təcili Bakıya gətirildi

  • 14 Oktyabr, 2019
  • 1056 Baxış
Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib - Təcili Bakıya gətirildi
Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi.

Medicina.az trendə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.

Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır:

"Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir".