Şəki Xan Sarayında yaralananlardan biri öldü

  • 2019.07.15 21:39
  • 13104 Baxış
Şəki Xan Sarayında yaralananlardan biri öldü
Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.


Medicina.az  xəbər verir ki, sarayın həyətindəki 500 yaşlı çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.


Sağ baldır sümüyünün çox qəlpəli sınığı diaqnozu qoyulmuş X.Ağamalıyeva travmatik şok vəziyyətində idi.


Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.