Sinəsini kiçiltdirən Samirə peşmandır - FOTO

  • 2017.09.27 17:10
  • 17448 Baxış
Sinəsini kiçiltdirən Samirə peşmandır -  FOTO
Meyxanaçı-müğənni Samirə Yusifqızı bir müddət öncə əməliyyat yolu ilə sinəsini kiçiltdiyinə görə peşmandır.


Medicina.az xəbər verir ki, bu barədə ifaçı "Show time” verilişinə açıqlamasında deyib. O bildirib ki, bir daha əməliyyat masasına əyləşməz: 


"Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.


Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.

 


 


 

Sinəsini kiçiltdirən Samirə peşmandır -  FOTO