Tibb tarixində istifadə edilən qeyri-adi alətlər - FOTOLAR

  • 2019.10.12 14:37
  • 7205 Baxış
Tibb tarixində istifadə edilən qeyri-adi alətlər -  FOTOLAR
Keçmiş əsrlərdə yaşadığınızı və cərrahın sizi narkozsuz əməliyyat etdiyini düşünün. Əməliyyat müddətində heç hərəkət etmədən, ya da qışqırmadan dayana bilərdinizmi ?

Keçmişdə istifadə edilən və bu gün tibdə rast gəlmədiyimiz tibbi alətlər həmin dövrdə yaşayan insanların nə hisslər keçirdiyinə dair sizdə az da olsa təsəvvür yaradacaq.

Medicina.az illər, hətta əsrlər əvvəl istifadə edilmiş tibbi alətləri araşdırıb. Həmin alətləri sizə təqdim  edirik.

Osteotom ( Sümük kəsən )

Osteotom adlı bu alət 1830-cu illərdə Bernhard Heine tərəfindən ixtira edilib. Hər nə qədər ağac budayan qayçı təsəvvürü yaratsa da, cərrahi əməliyyatlarda istifadə olunurdu.

Cərrahlar osteotomun köməyilə sümüklərə zərər vermədən, daha az güc və daha az vaxt sərf edərək xəstəni əməliyyat edə bilərdi.

Sidik kanalı genişləndirici

Əgər xəstənin sidik kanalı sidik axımını həyata keçirə bilməyəcək dərəcədə daralıbsa, həkimlər həmin bu alətdən istifadə edirdilər. Başlıca olaraq qarşı tərəfindəki vint açılır və alətin hər iki tərəfi bir-birindən ayrılırdı. Bu vasitəylə sidik kanalı da mümkün olduğu qədər genişlənirdi.

Diş modeli

Bu növ avadanlıqlar stomatologiya sahəsinə marağı olan və ya hazırlaşanların praktiki biliyə sahib olması üçün istifadə edilirdi. 30-cu illərdə istifadə edilən və çoxda xoş görünməyən bu diş modeli H. R. Gigerin "Alien" filmi üçün hazırladığı dizaynlara bənzəyir. Alüminumdan hazırlanan bu modelin hal-hazırda harada saxlanıldığı bəlli deyil.

Boğaz Vəzi Gilyotini

Antibiotiklər kəşf edilməzdən öncə viruslar insan ölümünə səbəb olurdu. Boğazda olan vəzilərdəki iltihablar və bu iltihabın səbəb olduğu anginaya bənzər digər boğaz xəstəliklərini müalicə etmək üçün Boğaz vəzi Gilyotini alətindən istifadə edilirdi.

Babasil Məngənəsi

Babasili müalicə etmək üçün dərmanlar olmayan vaxtlar xəstəlik ciddi problem yaradırdısa, damar toxuması ya bağlanırdı, ya da əməliyyatla kəsilib götürülürdü.  Elə bu məngənə də həmin əməliyyatda istifadə edilirdi.

Əzici

Babasilin, qida borusunda, boğazda, matqada, yumurtalıqlarda olan poliplərin, şişlərin, kistaların götürülməsində əzici adı verilən bu alətdən istifadə edilirdi. Alətin uc tərəfindəki əyri hissə metaldan hazırlanmış tel idi. Həmin tel toxumalarda hərəkət edərək qan nəqlini stabilləşdirmək, əzmək və dayandırmaq üçün istifadə edilmişdir.

Diş açarı

Dişdə olan karies və diş əti xəstəliklərinin səbəbləri bilinmədiyi zamanlarda dişində dözülməz ağrılar olan insanların köməyinə ən yaxında yerləşən bərbər çatırdı. Belə ki, o dövrlərdə bərbərlər biləyi güclü hesab edildiyindən bilək qüvvəsinin köməyi ilə dişləri çıxarırdılar. Bu vaxt dişlər qırılsaydı, qalan hissələri damaqdan Osteotomun ( Sümük kəsən ) vasitəsilə götürürdülər.

Lakin Diş açarı bunu daha da asanlaşdırdı. Belə ki, diş açarını alətin ucu ilə dişin alt hissəsinə yeridərək çevirirdilər və əks tərəfə dartaraq kökü damaqdan ayırırdılar. Bunu isə heç bir keyləşdirici iynə vurmadan edirdilər.

Beyinlə əlaqəli tədqiqat aparmaq üçün ABŞ Milli Brookhaven Laboratoriyasının tədqiqatçıları tərəfindən hazırlanmış nüvə görüntüləmə texnikası.

(Positron Emission Tomography)

İki kiçik mühərrik tərəfindən idarə olunan geniş miqyaslı göz modelləri.

Radioaktivliyi ölçmək üçün istifadə olunan natrium xlorid məhlulu ilə doldurulmuş plastik zireh.

Psixonevrotik xəstələrdə xüsusilə də, 1-ci dünya müharibəsi ərəfəsində elektrik verilərək reallaşdırılan müalicələrdə istifadə edilən stul.

Süni böyrək maşını.

Retinanın elektrik potensialını ölçmək üçün istifadə olunan elektroretinogram.

1690-cı illərdə bədən istiliyini ölçmək üçün istifadə edilmiş alət.

1940-cı illərdə beyin dalğalarını ölçmək üçün istifadə edilən cihaz.