"Toppuş bacının" ailə üzvləri başını keçəl qırxdırdı - "Qaynatam, qardaşım və..."

  • 2019.06.03 15:13
  • 28683 Baxış
"Toppuş bacının" ailə üzvləri başını keçəl qırxdırdı -  "Qaynatam, qardaşım və..."
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva bir neçə gün əvvəl başını keçəl etdirmişdi. 

 

Medicina.az xəbər verir ki,  aktrisaya dəstək üçün ailənin kişi üzvlərinin  əksəriyyəti də saçlarını qırxdırıb. İlk əvvəl əri Royal bu addımı atıb.


 Daha sonra isə qaynatası, qardaşı və bacısının oğlu da bu aksiyaya qoşulub. Aktrisa şəxsi səhifəsində onlara təşəkkür edib.


"Qayınatam, qardaşım, bacımın oğlu... Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, çətin anlarda dəstəyik, o qədər güclü olacağıq. Allah sizi məndən əksik etməsin" sözlərini yazıb