Varikozun qarşısını almaq üçün 9 VASİTƏ

  • 2019.04.27 12:21
  • 13233 Baxış
Varikozun qarşısını almaq üçün  9 VASİTƏ

Varikoz vena damarlarının genişlənməsidir. Varikoz zamanı ayaqlar öz gözəlliyini itirir, həmçinin də ağrı və narahatlıq yaradır.


Bu kosmetik problemi hamı həll etmək istəyir.  Amma onu unutmaq da olmaz ki, varikoz orqanizmin ciddi probleminin olmasından xəbər verir. Bu zaman qan damarlarda sərbəst hərəkət edə bilmir və yığılaraq onların şişməsinə səbəb olur. 


Yaxşı ki, bu cür dəhşətli xəstəliklə ev şəraitində təbii vasitələrlə mübarizə aparmaq mümkündür. 


Medicina.az sizə həmin vasitələri təqdim edir: 


1. Çili istiotu 


Hətta siz acı yeməyi sevməsəniz belə çili istiotundan hərdənbir istifadə etmək lazımdır. O qanı durulaşdırır və metobalizmi sürətləndirir. Varikoz zamanı vena damarlarında olan qan laxtaları tədricən əriyir və sovrulur. 


2. Sarımsaq 


Sarımsaq varikoz zamanı yalnız yemək yox, həm də onun spirtdə məhlulundan istifadə etmək də faydalıdır. Bu məhlul ilə venaları sürtdükdə iltihab azalır, qan damarlarının tonusu artır.

  

3. Sirkə


Damarları aradan qaldırmaq üçün sirkə ilə silmək yaxşı effekt verir. Əskini sirkədə isladın və ayaqlarınıza kompres edin. Şişmiş və yorğun ayaqlarınız həmin dəqiqə rahatlayacaqdır. 


4. Aloe


Aloe sərinləşdirici effektə malikdir. Onun şirəsi damarları yığır. Ağır iş günündən sonra ayaqlarınızda olan problemli bölgələri aloe şirəsi ilə silin. Ayaqlarınızda yüngülləşmə hiss edəcəksiniz.

 

5. Nanə cövhəri 


Vena damarlarına çəkmək üçün nanə cövhəri aşağıdakı kimi hazırlanır. 2 l suda bir miqdar nanə yarpaqlarını, çobanyastığını və dəfnə yarpağını qaynadın. Bu bitkilərdən hazırlanan vanna da ayaqlara yaxşı təsir edir. 


6. Ağ gil 


Ağ gilin tərkibində olan minerallar dərini dərin qatlarına nüfuz edir. Bunun üçün varikoz venaların göründüyü nahiyələrə ağ gil maskası etmək lazımdır. 


7. Zeytun yağı 


Problemli nahiyələri zeytun yağı ilə silin. Yağın içərisinə bir neçə damcı müxtəlif efir yağları da ata bilərsiniz. Bu dəridə olan maddələr mübadiləsini yaxşılaşdırır. 


8. Tünd qara çay 


Qanın qatışammaması üçün çoxlu tünd çay için. Həmçinin də çayla edilən kompres də ayaqlara yaxşı təsir edir. 


9. Pəhriz


Əgər ayaqlarınızda venaların genişlənməsi kimi problem müşahidə edilirsə o zaman, düzgün pəhriz saxlamaq lazımdır. Kifayət qədər meyvə, tərəvəz, çərəz yeyin.