Xalq artisti müalicə üçün yenidən Türkiyəyə aparıldı

  • 2019.10.28 15:18
  • 3011 Baxış
Xalq artisti müalicə üçün yenidən Türkiyəyə aparıldı

Səhhətində problemlər yaranan Xalq artisti, müğənni Yalçın Rzazadə müalicə üçün yenidən Türkiyəyə aparılıb.


Medicina.az BakuPost.az-a istinadən xəbər verir ki, bunu "Report"a açıqlamasında müğənni özü deyib. O, hazırda İstanbul şəhərindəki xəstəxanaların birində
müalicəsinin davam etdirildiyini bildirib: "Hazırda sistem altındayam,
rahat danışa bilmirəm. Hələlik bir yenilik yoxdur, müalicələrim davam
edir. İnşallah, tam sağalandan sonra Azərbaycana qayıdacam".


Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti
ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Bu ilin iyulun 15-də
Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul
şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, əməliyyat olunub.
Oktyabrın 15-də isə Y.Rzazadə müalicə olunduğu həmin xəstəxanadan evə
buraxılmışdı və o, Bakıya qayıtmışdı.


Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.