- Hər bir insanın verməli olduğu 7 ANALİZXəstəliyinizdən xəbərdar olun

  • 2019.04.26 16:32
  • 15416 Baxış
- Hər bir insanın verməli olduğu 7 ANALİZ Xəstəliyinizdən xəbərdar olun

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək  ən yaxşı  yoldur. 

 

Medicina.az sizə hər bir insanın verməli olduğu analizləri təqdim edir: 


Ürək-damar sistemi xəstəlikləri  


Analiz: qanın ümumi və biokimyəvi analizi. 


Vaxtı: ildə 2 dəfə 


Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir. 


Tromboz 


Analiz: koaquloqramma.  Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.  


Vaxtı: ildə 1 dəfə 


Şəkərli diabet 


Analiz: barmaqdan şəkərin ölçülməsi  üçün qan analizi.


Vaxtı: ildə 2 dəfə 


Qanda qlükozanın norması  3,3-5,5 mmol/l olmalıdır. 


Onkologiya 


Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur. 


Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır. 


Düz bağırsağın xərçəngi 

 

Analiz: nəcisin analizi 

 

Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir. 


Uşaqlıq ağzının xərçəngi  


Analiz: uşaqlığın sitoloji yaxması.

 

Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir. 


Leykoz (qan xərçəngi)


Analiz: qanın ümumi analizi 


Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür.