Yeni doğulan əkiz uşaqlar öldü

  • 22 Aprel, 2019
  • 1824 Baxış
Yeni doğulan əkiz uşaqlar öldü
 
Sabirabadda uşaq ölümü baş verib.
 
Medicina.az xəbər verir ki, ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonu Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.