Yevlaxda 2 yaşlı uşaq xlor içib

  • 2019.05.13 09:20
  • 6638 Baxış
Yevlaxda 2 yaşlı uşaq xlor içib
Yevlaxda 2 yaşlı uşaq xlor içərək zəhərlənib. Medicina.az ONA-yaistinadən xəbər verir ki, hadisə Yuxarı Qarxun kəndində baş verib. 2017-ci il təvəllüdlü kənd sakini Məmmədova Əfruz Kamil qızı ehtiyatsızlıq nəticəsində xlor içib. Ağır vəziyyətdə olan körpə xəstəxanaya çatdırılıb. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində Ə.Məmmədovanın vəziyyəti stabilləşib və o, təhlükəni geridə qoyub.