Zəhərlənən tələbələrin son durumu - RƏSMİ AÇIQLAMA

  • 2019.11.22 09:34
  • 6299 Baxış
Zəhərlənən tələbələrin son durumu -  RƏSMİ AÇIQLAMA
Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrin səhhəti ilə bağlı son durum açıqlanıb.

 

Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir


Xatırladaq ki, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat verilib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.


Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.