Ac mədəyə yeyilməsi qadağan olunan qidalar – QARA SİYAHI

  • 2019.03.11 20:27
  • 31871 Baxış
Ac mədəyə yeyilməsi qadağan olunan qidalar –  QARA SİYAHI
Səhər tezdən acqarına, boş mədəyə yediyiniz və faydalı hesab etdiyiniz bir çox qidalar, əslində, səhər yeyilməməlidir.

Medicina.az səhər yeyilməsi məsləhət bilinməyən, dietoloqların qara siyahısına salınan qidaları təqdim edir:

1.Sitrus meyvələri

Limon, portağal, mandarin, kivi və s. səhərlər şirəsini içmək, ac mədəyə meyvəsini yemək, hətta dəbdə olan səhərlər portağal şirəsi belə sən demə zərərli imiş. Ac mədəyə düşən sitrus meyvələri onun selikli qişasını qıcıqlandırır, turşu balansını pozur, allergiya verir, mədədə səpkilər yaradır.

Eləcə də yenicə oyanan və gecə təmizləmə işini bitirmiş qaraciyəri səhər tezdən sitruslarla yükləmək olmaz. Acqarına portağal şirəsi mədə qastriti üçün qısa yoldur.

Sitrus meyvələrindən öncə mədəyə sıyıq, çörək və s. kimi qidalar daxil olmalıdır.

2.Banan

Bananda yüksək dərəcədə maqniy olduğu üçün, o ürəyi aktivləşdirir. Amma səhər tezdən banan yemək kalium-maqniy balansını pozur. Ona görə acqarına banan yedikdə insan günboyu əzgin olur.

3.Çiy tərəvəz

“Arıqlayacam”, “faydalıdır” deyə səhər yeməyində çiy tərəvəzləri bol etmək zərərdir. Qastrit və xora çiy tərəvəzin turşu təsiri ilə artacaq. Onlar mədə divarını yeyir.

4.Yoqurt

Bu faydalı, dietik qidanı da acqarına yemək olmaz. Çünki yoqurt faydalı bakteriyalarla zəngindir, orqanizmə isə səhər tezdən əlavə bakteriya yükü lazım deyil. Yoqurtu günorta və ya axşam yeyin.

5.Soyuq içkilər

Soyuq su, içki, şirə mədə divarını soyudur, yeyilən qidaların həzmini çətinləşdirir, gün ərzində narahatlıq verir.

6.Şirniyyat

Araşdırmalara görə, 45 yaşdan sonra diabetdən əziyyət çəkən insanların əksəriyyəti səhərlər şirniyyat və şəkərli qidalar yeyən adamlardır. Səhər tezdən mədəaltı vəzi kifayət qədər insulin sintez etmək gücündə deyil, ona görə, səhər acqarına şirniyyat vəzi üçün ölümcüldür.

7. Qəhvə və kofeinli içkilər

Səhər qəhvə içmək olar, amma yeməkdən sonra. Acqarına qəhvə mədə və qaraciyər üçün xoş deyil.
Mədəaltı vəz isə qəhvəni xoşlamır.

Əgər bu qaydalara əməl etsəniz, mədə, qaraciyərinizi qorumuş olarsız.