Evdə qab yuyan mayeni özünüz hazırlayın - Əllərinizi qurutmayacaq RESEPTLƏR

  • 2018.11.10 20:38
  • 17761 Baxış
Evdə qab yuyan mayeni özünüz hazırlayın -  Əllərinizi qurutmayacaq RESEPTLƏR


Marketlərin piştaxtalarında bir sıra qabyuyan vasitələr satılır. Lakin biz onların bir çoxunun kimyəvi tərkiblərindən çəkinərək sağlamlığımıza ziyan vura biləcəyindən qorxuruq. Əslində qabyuyan vasitələrin tərkibləri müxtəlifdir. Belə ki, onların tərkiblərində yağları əridən bir sıra kimyəvi maddələr, efirlər olur.


Bir çox allergiyalı insanlar hətta bu vasitələrin iyindən də narahat olurlar.


Medicina.az bütün bu halları nəzərə alaraq sizə sağlamlığınıza zərər vurmayacaq, daha əminliklə istifadə edə biləcəyiniz qab yumaq üçün vasitə reseptlərini təqdim edir.


1. Qaynar su – 100 ml;

Uşaq sabunu (istənilən sabun ola bilər) – 100 qr;

Çay sodası – 2-3 x/q;

Sevdiyiniz efir yağı – 3-5 damcı.


Sabunu sürtgəcdən keçirin, bir qabda su ilə köpük əmələ gələnə qədər qarışdırın. Daha sonra çay sodasını və efir yağını əlavə edin. Qeyd edək ki, bu məqsədlə blender və ya mikserdən də istifadə etmək olar. Qeyd edək bu vasitə ilə təkcə qabları yox, həmçinin vanna, çanaq, kafel və santexnikanın təmizlənməsində də istifadə oluna bilər.


2. Qaynar su– 0,5 l;

Paltar sabunu - 25 qr;

Qliserin – 4 x/q;

Araq və ya spirt – 1 x/q


Bir dilim paltar sabununu sürtgəcdən keçirin, üzərinə bir qədər su tökərək su hamamına qoyun. Sabun əridikdən sonra qarışımı soyudaraq üzərinə qliserin və araq əlavə edin. Eynicinsli məhlul alınana qədər qarışdırın. Daha sonra əmələ gələn maddəni butulkaya tökərək bir neçə saat saxlayın. Nəticədə siz əlləriniz qurutmayacaq və yağı effektiv təmizləyəcək bir vasitəyə sahib olacaqsız.


3. Paltar sabunu – 25 qr;

Qaynar su – 0,5 l;

Çay sodası – 1,5 x/q;

Xardal tozu – 1,5 x/q;

Ammonyak– 2 x/q


Sabunu sürtgəcdən keçirin, su hamamında tam əriyənə qədər qızdırın. Sonradan soyudaraq üzərinə çay sodası və xardal tozu əlavə edib yenidən qarışdırın. Alınan məhlula ammonyak əlavə edin. Daha sonra qabın qapağını bağlayın və 2-3 saat dincəlməyə qoyun. Bu vasitə ilə yalnız qabları deyil həm də, mətbəx sobasını da təmizləyə bilərsiniz.


4. Qaynar su;

Üyüdülmüş xardal –1 ç/q


Xardal tozunu su ilə köpüklənənə qədər qarışdırın. İstəsəniz ora bir qədər çay sodası da əlavə edə bilərsiniz. Beləliklə də vasitə hazırdır. Əgər qablarda hansısa yuyulmayan ləkələr varsa, o zaman bir qədər xardal tozunu ləkənin üzərinə tökün. Bir müddət gözlədikdən sonra isə yaxşıca yuyun. Qablarınız təmamilə təmiz olacaqdır.