Gözəllik salonunda işləyənlərin xərçəng olma ehtimalı çoxdur – Onkoloji şiş yaradan riskli peşələr

  • 2018.08.14 17:44
  • 8869 Baxış
Gözəllik salonunda işləyənlərin xərçəng olma ehtimalı çoxdur –  Onkoloji şiş yaradan riskli peşələr
Tibb ekspertləri xəbərdarlıq edir ki, bir sıra peşələrdə və yerlərdə çalışan insanlar xərçəng riski altındadırlar. 


Medicina.az xəbər verir ki, onkoloji xəstəliyə tutulmaq baxımından ən təhlükəli iş yerlərinin siyahısı yaradılıb.


Birinci yerdə gözəllik salon işçiləri, manikür ustalarıdır. 


Onlar daim toksiki maddələr, rənglər, boyalar, kanserogen maddələrlə zəngin maddələrlə təmasdadırlar. Bu maddələr tənəffüs, dəri vasitəsilə hüceyrələrə keçir. Bu peşə sahibləri mümkün qədər yaxşı havalandırma sistemi olan geniş otaqda işləməli, qoruyucu maska taxmalı, tez-tez hava almalı, su içməlidirlər. 


Bu peşə sahiblərini ginekoloji, süf vəzi, sidik kisəsi, dəri xərçəngi tuta bilər.

 



3-cü yerdə bütün günü kompüter arxasında oturub işləyənlər gəlir. Havasızlıq, az fiziki hərəkətlilik və zəif qidalanma hipodinamiyaya gətirib çıxarır, bu peşə sahiblərində xərçəng riski 30% yüksəkdir. 


Belə adamlara hər 1 saatdan bir kompüter qarşısında qalxıb gəzmək, hərəkətlər etmək, bol maye qəbul etmək tövsiyyə olunur. 


4-cü yerdə aviasiya işçiləri, stüardessalar, metro işçiləri daxildir. Hava nəqliyyatında işləyənlər günəş radiasiyasına çox məruz qalır ki, bu da süd vəzi, yumurtalıq, prostat, mədə-bağırsaq şişlərinə yol açır.


5-ci yerdə yalnız gecə növbəsində çalışanlar gəlir. Həyat ritminin belə dəyişməsi orqanizmə hətta xərçəngdən də artıq fəsadlar verir. Bu adamlara məsləhət odur ki, 1-2 ildən artıq gecə növbəsində işləməsinlər. Mütləq dəyişiklik etsinlər.

Gözəllik salonunda işləyənlərin xərçəng olma ehtimalı çoxdur –  Onkoloji şiş yaradan riskli peşələr