Qadınlar üçün yeni canqurtaran vasitə: menstrual fincan - Nədir və necə istifadə olunur?

  • 2018.11.09 22:59
  • 30032 Baxış
Qadınlar üçün yeni canqurtaran vasitə: menstrual fincan -  Nədir və necə istifadə olunur?
Qadınlar hər ayın müəyyən günlərində menstural tsikl yaşayırlar. Bu günlərdə onlar əlavə bir sıra fizioloji problemlərlə də üz-üzə qalırlar. Belə ki, aybaşının verdiyi narahatlıq, ağrı, təlaş hissi ilə yanaşı bir sıra xoşagəlməzliklər də olur. Əsasən də işləyən qadınlar hərəkət edərkən, oturarkən narahat olur, istifadə etdikləri bezləri və tamponları isə tez-tez dəyişməli olurlar. Çünki tampon və bezlər 3 saatdan çox saxlandıqda müxtəlif xəstəlik törədən mikrobların çoxalması üçün münbit şəraitə çevrilirlər. Bütün bu narahatlıqlara görə gigiyena sənayesi tampon və bezlərə alternativ variantlar təklif edirlər. 


Medicina.az xəbər verir ki, onlardan son zamanlar qadınlar arasında populyar olanı menstural fincanlardır. 


Bəs qadınların yeni "sirri” olan menstural fincan nədir? 

 

Картинки по запросу menstrual cup


Menstural fincanlar silikon tərkibli gigiyenik məhsuldur ki, qadınlar üçün "göydəndüşmə” hesab oluna bilər. Çünki menstural tsikl boyunca qadınlar bez və tamponlara kifayət qədər çox vəsait xərcləyirlər. Ayda müəyyən qədər pul sözün əsl mənasında zibilə atılır. Menstural fincan isə birdəfəlik istifadə üçün deyil, davamlı istifadə nəzərdə tutulur. Bu isə madiyyat baxımından qadınlar üçün çox sərfəlidir. 


İkinci daha vacib məsələ isə sağlamlıqla bağlıdır. Məlumdur ki, bezlər və tamponlar qanı özünə hopduraraq onun dağılmasını əngəlləyir. Bu isə orqanizm üçün real xəstəlik mənbəyi hesab oluna bilər. Menstural fincanlar isə qanı hopdurmur, toplayır. Bu fincana bənzəyən kiçik silikon qablar uşaqlıq yolunun divarına kip oturaraq qanın bayıra axmasının qarşısını alır.  

 

Похожее изображение


Həkimlərin bildirdiklərinə görə, düzgün istifadə edildikdə menstural fincanlardan 5 ilə qədər istifadə etmək mümkündür. Bu həm pula qənaət olunması, həm də sağlamlıq və ətraf mühitin təmizliyi baxımından çox sərfəlidir. 


Onu da bildirək ki, menstrual fincanlarla bağlı məfi rəylər də az deyil. Bəzi ginekoloqlar bunun uşaqlıq yolunu zədələdiyini bildirsə də, hələ ki, konkret araşdırmalar yoxdur.

Satışa yenicə çıxarılan bu vasitə hələ ki, ölkəmizə gəlib çıxmayıb. Qadınlarımız isə onun haqqında demək olar ki, məlumatsızdırlar. 


Arzu

Medicina.az

 

Картинки по запросу menstrual cup

Картинки по запросу menstrual cup