Rusiyada qadın sünnəti edilir - 5-12 yaşlı qızlara tətbiq edilir

  • 2018.11.29 11:21
  • 29561 Baxış
Rusiyada qadın sünnəti edilir -  5-12 yaşlı qızlara tətbiq edilir
Moskvada qadın sünnəti (kltorektomiya) edilən klinika açılması barədə xəbərlər yayılıb. 


Medicina.az xəbər verir ki, Moskvanın mərkəzində yerləşən "Best klinik” adlı klinikada nə qədər təəccüblü olsa da, qadın sünnəti icra edilməsi haqda elan yerləşdirilib. Elanda o da qeyd olunub ki, bu əməliyyata heç bir tibbi göstərişə ehtiyac yoxdur. Bu prosedur adətən bir sıra dini təriqətə mənsub olan 5-12 yaşlı qızlara tətbiq edilir.

 

Klinikadan müxbirlərə klitorektomiya (qadın sünnəti) əməliyyatının anesteziya ilə edildiyi də bildirilib. Daha sonra isə klinikanın saytından bu elan silinib. Amma buna baxmayaraq internetdə klitoektomiya sözü axtarışa verildikdə "Best klinik”in adı birinci gəlir. 


Qeyd edək ki, klitorektomiya (qadın sünnəti) bir sıra Afrika, Asiya, həmçinin də Dağıstanda həyata keçirilən ənənəvi ritual prosedurdur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir sıra digər təşkilatlar bu prosedurun qadın haqlarının pozulması kimi qiymətləndirirlər.