Yata bilməyənlər üçün poza – Əllər, ayaqlar yuxarı

  • 18 Aprel, 2019
  • 6148 Baxış
Yata bilməyənlər üçün poza – Əllər, ayaqlar yuxarı
Ağır iş günündən sonra gecə normal yuxuya gedə bilməyənlər bu effektiv metodu sınaya bilər.

Medicina.az xəbər verir ki, bu poza həm arıqlamağa, həm qan dövranını yaxşılaşdırmağa, həm də 5 dəqiqəyə yuxuya getməyə kömək edir.
Yerində uzanıb, əlləri və ayaqları birlikdə yuxarı qaldır ( şəkildəki kimi). Bu vəziyyətdə 1 dəqiqə qal. 

Daha sonra eyni vəziyyətdə əl və ayaqları tərpət, sağa-sola fırlat. 
Sonra çiyinlərini tərpət. Çalış hərəkətlər ritmik, yumşaq olsun, bədənin boş və rahat olsun. 

Əgər hər gün bu texnikanı etsən, tezliklə yuxun rahat və dərin olacaq.