Ürək üçün qüvvətləndirici məcun - Qədim resept

  • 2018.01.25 16:20
  • 97373 Baxış
Ürək üçün qüvvətləndirici məcun -  Qədim resept
Medicina.az ürəyə qüvvət verən qədim resepti təqdim edir. 


3 limon yuyulur və üzərinə qarğıdalı yağı çəkilir. 200 qr qara gavalı, 200 qr ərik qurusu, 200 qr qoz, 100 qr itburnu götürülür. Bunlar hamısı ətçəkəndən keçirilir. Bu qarışığa 250 qr təmiz bal əlavə olunub qarışdırılır və 10 gün soyuducuda saxlanılır. 


Qəbulu: hər gün 1 xörək qaşığı qəbul olunur. 


Bu məcun ürəyin ritmini yaxşılaşdırır.