Rusiyada olan unikal aparat Bakıda – Daxildə cərrah kimi işləyən MÖCÜZƏ METOD

  • 02 Mart, 2019
  • 5403 Baxış
Rusiyada olan unikal aparat Bakıda – Daxildə cərrah kimi işləyən MÖCÜZƏ METOD

Bu metodu ilk dəfə Rusiyalı alim icad edib. Artıq Rusiya və Avropanın bir neçə ölkəsində tətbiq olunur. 

Rodoxlorin – dəniz yosunlarından alınır. Bildiymiz kimi, dəniz yosunları okeanlarda günəş şüası düşən yerlərdə bitir. Onlarda fotosintez prosesi həyata keçir. Rus alimləri həmin fotosintez prosesində əsas maddə olan xlorofillinin energetik aktiv hissəsini alıb stabilləşdirərək, rodaxlorin adlı preparat hazırlayıblar. 
Rodoxlorin Rusiyanın  dövlət dərman reyestrinə daxildir.

Daha sonar rodoxlorini hüceyrələrdə aktivləşdirmək üçün Fotodinamik aparat icad edilib.
Bu aparatda işıq hüceyrənin içinə daxil olmuş rodoxlorini aktivləşdirir. 
Hüceyrələr enerjinin kvantını udur, xüsusi tripled vəziyyətə keçir. Hüceyrənin membranını dağıdır və hüceyrəni zərərsizləşdirir. Bu zaman nekroz baş vermir. Hüceyrələrin fizioloji ölümü  baş verir, parçalanmış hüceyrə bədəndən qaraciyər və böyrəklərlə çıxarılır. Ona görə xəstələrə prosedurdan sonra su içmək tövsiyyə olunur.

Azərbaycanda ilk dəfə Bioloji təbabət klinikasına gətirilmiş bu aparat və metod barədə həkim-revmatoloq; fotodinamik terapiya və omeloterapiya üzrə mütəxəssis Dr.Mütəllimova Kamilə məlumat verdi. 
 

Fotodinamik terapiya 2 hissədən ibarətdir:

1-Yosundan alınmış rodaxlorin xəstəyə venadaxili yeridilir. 1 saat ərzində dərman xəstə, iltihablaşmış, zəif hüceyrələrin daxilinə keçir, hüceyrə onu tikinti materalı kimi mənimsəyir. Sağlam hüceyrələrin isə bu maddəyə ehtiyacı olmadığı üçün onlardan yuyulub gedir. 
2-Bir saatdan sonra xəstə lazer aparatına daxil olur. Burda 1-2 vt gücündə lazer tətbiq olunur. Bu aparatın işi rodoxlorinə dalğa uzunluğunu ötürməkdir. Yəni birinci mərhələ olmasa, bu aparat heç bir işə yaramır.
Xəstələr, həkimlər çox zaman bu terapiyanı hansısa işıq, şüa, lazer fizioterapevtik müalicə proseduru ilə eynləşdirirlər. Amma bu metod fizioterapiya deyil, sırf müalicə metodudur.
Fitodinamik terapiya tam ağrısız və qeyri-invazivdir. Xəstədə heç bir ağrı, yara, kəsik, iz olmur. Xəstə adi gündəlik həyatına davam edir.
 

 

Bəs hansı xəstələrə bu müalicə təyin olunur:

-Revmatoid artrit
-Bexterev 
-Artroz, artritlər
-Kiçik ölçülü mioma, fibrioma düyünləri
-Mastopatiya
-Endometrioz
-Displaziya
-Bir sıra sonsuzluq problemləri
-Eroziya, leykoplagiya
-Uroloji problemlər- sistit, adenoma, prostat
-Bağırsaqlarda xora, Kron, kolit
-Babasil, düz bağırsaq problemləri
-LOR xəstəliklərindən: Faringit, haymorit, tonzillit
-Diabetik pəncə, venoz xoralar
-Psoriaz, vitiliqo

Bu müalicə sanki daxildən cərrah kimi işləyir, harda problemli iltihablı hüceyrə varsa, onu aradan qaldırır. Bəzən xəstə bir problem üçün gəlir, müalicədən sonra başqa, yanaşı xəstəliklərinin də aradan qalxdığını bildirir.  Bu da bizim üçün təəccüblü deyil. Çünki bu metodun özəlliyi budur. 

Biz ginekoloqlara da məsləhət edirik ki, eroziya, leykoplaziyada bu metodu tövsiyyə etsinlər. Çünki eroziyada onlar uşaqıq yolu səthini kəsir, yandırır, təmizləyir, amma gözlə gördüklərini kəsirlər. Arxada qalan hissə, limfalarda olan zədəli hüceyrələri görmürlər. Ona görə bu xəstəliklərdə fotodinamikanı da əlavə olaraq müalicəyə qoşanda xəstəliyin təkrarlanma riski olmur. 

Bağırsaqda Kron, xoralı kolit kimi çətin  müalicə olunan xəstəliklərdə bizim həkimlər biotənzimləyici terapiya ilə yanaşı bu müaicəni də təyin edir və çox gözəl effekt alınır.

Diabetik pəncə, yaralar, xoralarda da bu metod sürətlə, gözlə görüləcək dərəcədə dəridə yaxşılaşma, yara sağalması əldə olunur. 
Eləcə də ayağında yara olan, amputasiyaya göstəriş olan, amma bizim klinikada ayağı qorumaq üçün aparılan müalicələrdə terapevt həkim Arzu xanım yanaşı olaraq bu aparatı da tətbiq edir və xəstələr qısa müddətə sağalır. 

Son müalicə etdiyimiz xəstələlrdən Bexterev xəstəliyindən əziyyət çəkən gənc bir oğlanı misal göstərə bilərik ki, çox güclü, müasir dərmanlarla müalicə almışdı. Artıq xəstənin maddi imkanı yox idi o müalicələrə davam etsin. Xəstədə  fotodinamik terapiyanın bir seansından sonra səhər xəstə artıq ağrıkəsicisi  qəbul etmədi. 
Müalicə kursu xəstəlikdən asılı olaraq 5-8 seans olunur. 
Bu aparatdan uşaqlar da keçə bilər. 

Əks göstəriş: ağır qan xəstəlikləri, onkoloji, ürək, böyrək çatışmazlığı və yüksək hərarətdir. 
 
Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24),
Memar Əcəmi metrosunun yaxınlığında

•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89