103 yaşlı Bernardonun sağlamlıq sirri – Ömründə bir dəfə xəstələnməyib

  • 2019.03.30 18:02
  • 31533 Baxış
103 yaşlı Bernardonun sağlamlıq sirri –  Ömründə bir dəfə xəstələnməyib
Bernardo Lapallo 1901-ci ildə doğulub. Onun atası həkim idi, o da uzun ömür sürməsi ilə tarixdə qalıb.

Medicina.az xəbər verir ki, Bernardo ömründə bir dəfə də ağır xəstələnməyib, xəstəxanada yatmayıb, qrip nədir bilmir.


Bunun səbəbini isə o qırmızı ət yeməməsində və az ərzaqla qidalanmasında görür.


103 yaşlı uzunömürlünün gündəlik qidasında yer alan 5 vacib məqamı təqdim edirik:


1.Sarımsaq – bu hansısa tərəvəz yox, onun üçün dərman idi. Antiseptik və antibakterial təsirli sarımsağı Bernardo hər gün qəbul edirdi. Onu yeməyə qatır, suya qatıb içir, kompresini edirdi. Dərman deyəndə, Bernardo sarımsaq qəbul edərdi.


2.Bal – Şəkər əvəzinə bal yeyərdi. Şirniyyatlara da dadlandırıcı kimi bal əlavə edirdi.


3.Darçın – qanda şəkəri və xolesterini salır. Darçın sevimli ədviyyatı idi. Çayını içirdi.


4.Şokolad – müasir qidalardan yalnız şokoladı seçirdi. O, hesab edir ki, şokolad ömrü uzadır, ürək, beyin üçün lazımlıdır.


5.Zeytun yağı -  onu daha çox soyuq yeməklərə əlavə edər, gündə 1-2 qaşıq sadəcə yağı qəbul edərdi.

Bernardo yaxşı zeytun yağını fərqləndirib seçməyi bilirdi.

 


103 yaşlı Bernardonun sağlamlıq sirri –  Ömründə bir dəfə xəstələnməyib
103 yaşlı Bernardonun sağlamlıq sirri –  Ömründə bir dəfə xəstələnməyib