20 gündə 4 kq arıqlamağın SİRRİ - Avtobusdan 1 dayanacaq tez enin...

  • 2017.09.20 13:58
  • 3541 Baxış
20 gündə 4 kq arıqlamağın SİRRİ -  Avtobusdan 1 dayanacaq tez enin...
Bəziləri arıqlamaq dedikdə yalnız yeməkdən imtina etmək gərəkdiyini düşünür. Ancaq gün ərzində sadəcə təmiz havada gəzməklə də arıqlamaq mümkündür. 



 

Medicina.az yalnız yeriməklə 20 gündə 4 kq arıqlamağın sirrini sizinlə bölüşür:


 

1-3-cü günlər - hər gün atdığınız addım sayını bir kənara yazın və üçüncü günün sonunda bunları yığıb üçə bölün. Bu sizin gündəlik ortalama addımınız olacaq.

 

4-5-ci günlər - ortalama addım ədədinizə 1000 əlavə edin. Bu ədədi avtobusdan erkən enərək növbəti dayanacağa qədər yeriməklə tamamlaya bilərsiniz.

 

6-cı gün - bu gündən etibarən yerimək üçün xüsusi zamanlar ayırmalısınız. Qrafikinizə 1500 addım əlavə edin. Sürətinizə görə addım 20 dəqiqədə tamamlana bilər. 

 

Qeyd edək ki, hərəkət əsnasında ən az 200 ml su içilməlidir.

 

Qeyd olunanları yerinə yetirməklə ac qalmadan 20 gün ərzində 4 kq arıqladığınızı müşahidə edəcəksiniz.