3 yaşlı körpəni elektrik cərəyanı vurdu

  • 2019.07.12 14:01
  • 5117 Baxış
3 yaşlı körpəni elektrik cərəyanı vurdu
İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb. Medicina.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib. Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır