Ağcaqanad dişləməsindən gələn təhlükə - Sarı qızdırmadan necə qorunmalı?

  • 28 İyun, 2019
  • 2124 Baxış
Ağcaqanad dişləməsindən gələn təhlükə - Sarı qızdırmadan necə qorunmalı?


Sarı qızdırma xəstəliyi yüksək qızdırma, intoksikasiya, hemorragiya, sarılıq, qaraciyər və böyrəklərin zədələnməsilə gedən ağır virus infeksiyasıdır. Bu xəstəlik ağcaqanadların dişləməsi ilə yayılır.
 
 
Medicina.az bu dəhşətli qızdırma barədə məlumatları təqdim edir.
İnsanların sarı qızdırmaya həssaslığı yüksəkdir. Yoluxmadan sonra virus əvvəlcə limfa vəzilərində çoxalır, sonra hemotogen yolla damarları, qaraciyəri, böyrəkləri, baş beyini zədələyir.
 
 
Daha sonra damar keçiriciliyi artır, hepatositlər distrofiyaya və nekroza uğrayır, böyrək kasacıqları və yumaqcıqlar zədələnir. Bu dəyişikliklər daxili orqanlarda qansızmalar şəklində özünü göstərir.
 
 
Klinikası:

 Xəstəliyin inkubasiya dövrü 10 gündür. Sonra güclü üşütmə və qəfil qızdırma yaranır. Hərarət 40 dərəcəyə qədər yüksəlir. Pasiyentdə baş, bel, oynaq ağrıları başlayır, başgicəllənmə olur. Xəstələr həyəcanlı olurlar, yuxusuzluq, yanğı, ürəkbulanma və qusmadan şikayət edirlər. Xəstələrdə üz, boyun, göz kapilyarları genişlənir, nəbz sürətlənir, təzyiq artır, dəridə sarılıq, mədədən, diş ətindən, burundan qanaxmalar başlayır.

DİAQNOZ:
 
 
Qanın analizində virusa qarşı anticismin 4 dəfədən artıq göstərməsi sarı qızdırmanın olmasını təsdiqləyir.
 
MÜALİCƏSİ:
 
 
Patogenetik və simptomatik müalicə məqsədilə vitaminlərdən, dezintoksikasiya məhlullarından, antibiotiklərdən istifadə edilir, hemodializ, hemostatik tədbirlər görülür.
 
 
Profilaktika məqsədilə xəstə tədric olunur, vaksinlə peyvənd aparılır.
Bu qızdırma növü ilk dəfə 1901-ci ildə W. Reed, J. Carrol tərəfindən aşkarlanıb. Virus Afrika və Amerika qitələrində 1647-ci ildən məlumdur. Virus heyvanın daxili üzvlərində, beynində və qanında müşahidə olunur. Sarı qızdırma kəskin ağır keçən xəstəlik olub, insanlarda 30-60%hallarda ölümlə nəticələnir.
 
Xəstəliyi daha çox Haemoqoqus və Aedes, Afrikada Aedes africanus və başqa ağcaqanadlar yayır. Xəstəliyin 2 ocağı məlumdur. Təbiət və şəhər ocağı. Təbiətdə ağcaqanad meymunlardan, gəmiricilərdən və kirpidən yoluxur. Həşəratın bədənində virus 8-12 günə çoxalır.
Şəhərlərdə infeksiya mənbəyi insan, keçirici Aedes aegypti-dir. Xəstəlik epidemiya şəklində yayılır. Hazırda tropik bölgələrdə görülür və vektorlar vasitəsi ilə insanlara yoluxur.
Sarı sözü bəzi xəstələrdə görünən sarılıq simptomundan gəlir
 
Profilaktika:
 
 
Malyariyada olduğu kimi ağcaqanadlardan qorunmaq böyük əhəmiyyət daşıyır. Sarı qızdırmadan peyvənd ilə sığortalanmaq mümkündür. Sarı qızdırmanın aktiv olduğu yerlərə gedənlərin və ya bu bölgələrdən başqa ölkələrə keçənlərin sarı qızdırmaya qarşı peyvənd olunması mütləqdir. Peyvənd ömür boyu etibarlıdır.